TƏBİB bu il əhaliyə göstərilən xidmətlərin sayını açıqlayıb

Bu ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində vətəndaşlara 40 277 004 xidmət göstərilib.

"Report" xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bunun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb: "Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub".