Arıqlama dərmanı həyatını qaraltdı: 100 kilodan 400 kiloya qədər kökəldi

Arıqlamaq üçün internet vasitəsi ilə dərman alan 40 yaşlı Gül Sevimin başına gələnlər dəhşətlidir. O, 100 kilo olarkən dərman qəbul edib, sonra insult keçirib və çəkisi 350 kiloya yüksəlib. Hərəkət edə bilməyən qadını müalicə zamanı əri də tərk edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 40 yaşlı Gül Sevim  2019-cu ildə 100 kilo olanda arıqlamaq üçün yollar axtarıb.

Həmin vaxt uşaq bağçasında işləyən Gül  internetdə araşdırma apardıqdan sonra arıqlamaq üçün həbdən istifadə etmək qərarına gəlib.

Aldığı həbləri bir müddət istifadə edən Gül Sevim arıqlamaq əvəzinə daha da kökələrək iflic vəziyyətinə düşüb.

Sağlamlıq problemləri ilə mübarizə apararkən həyat yoldaşının tərk edilməsi ilə məhv olan Gül həm fiziki, həm də psixoloji olaraq həyata tutunmağa çalışıb.


O, hərəkətsizliyin təsiri ilə illər ərzində sürətlə kökəlib.

Bəzən 400 kiloya çatan qadın müalicəsi üçün Sadi Konuk Tədris və Araşdırma xəstəxanasına müraciət edib. Burada müalicəsinə başlanan Gülün əməliyyat olunacağı bildirilib.
Hazırlıqlardan sonra Prof. Dr. Mehmet Karabulut və komandası dekabrın 14-də qadının üzərində mədə əməliyyatı keçiriblər.



 
Uğurlu əməliyyatdan sonra arıqlamağa başlayan Gülün ümumi vəziyyəti həm özünü, həm də həkimlərini sevindirib.

Prof. Dr. Mehmet Karabulut xəstəsinin vəziyyəti ilə bağlı  məlumat verib. Vətəndaşların arıqlamaq istədikləri təqdirdə həkimlərə müraciət etmələri lazım olduğunu ifadə edən Karabulut, insanlara internetdən dərman almamaları barədə xəbərdarlıq edib.


Çox çətin günlər keçirdiyini, lakin həkimlərin əməliyyatı edə biləcəklərini söyləməsinə  sevindiyini deyən 40 yaşlı Gül Sevim , “Çəkim çox idi. Yataq xəstəsi olanda belə oldum. 2019-cu ilin mart ayında beyin qanaması keçirdim, iflic oldum, bu vəziyyətə düşdüm. Heç kim internetdən bir şey almasın, mən yandım, heç kim yanmasın” deyə vətəndaşlara xəbərdarlıq edib.

Turan