Əməkdar artist əməliyyat olundu

Əməkdar artist Vahid Əliyev Mərkəzi Klinikada ürək əməliyyatı keçirib.
Bu haqda Teleqraf.com-a xalq artistinin həyat yoldaşı Tamilla Əliyeva məlumat verib:
“Şükür Allaha, açıq ürək əməliyyatı uğurlu keçdi. Hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsindədir”.
Qeyd edək ki, Vahid Əliyevin 70 yaşı var. O, infarkt keçirmişdi.