Yeganə ölkədir: Bütün yerlərdə siqaret çəkmək qadağan edilib

Tütün məmulatları ilə bağlı dünyanın ən sərt təcrübəsi Meksikada başladı. Yeni qanunla ölkədə bütün ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. Qadağaya çimərliklər və parklar da daxildir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Meksika ictimai yerlərdə siqaret çəkməyi qadağan etməklə dünyada tütünə qarşı ən sərt qanunlardan birini qəbul edib.

Hökumət 2008-ci ildə qəbul edilmiş barlar və restoranlar kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edən qanunu çimərliklər və parklar da daxil olmaqla bütün ictimai yerlərə genişləndirdi.

2021-ci ildə təsdiq edilən və sabahdan etibarən tətbiq olunacaq yeni tənzimləmə çərçivəsində hətta satış nöqtələrində tütün məmulatlarının təşviqi, reklamı və sponsorluğu qadağan edilib.

Digər Cənubi Amerika ölkələri əvvəllər tütündən istifadəni məhdudlaşdıran qanunlar qəbul etsə də, bu ölkələr arasında ən əhatəli və təsirli tədbir görən ölkə Meksika olub.

Siqaret çəkənlər qanunun icrası ilə bağlı narahatlıqlarını ifadə ediblər və bu tənzimləmənin korrupsiyanın adiləşdiyi ölkədə hüquq-mühafizə orqanları üçün “yeni rüşvət qapısı” ola biləcəyi iddia edilib.

Buna cavab olaraq, Pan Amerika Səhiyyə Təşkilatı (PAHO) Meksikada yeni tənzimləmənin tətbiqini alqışlayıb.

Turan