Rusiyada "Arktur" ştamına 3 yoluxma aşkarlandı

Rusiyanın paytaxtı Moskva şəhərində 3 nəfər xəstədən götürülən analiz nümunələrində koronavirusun "Arktur" ştamı aşkarlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Tədqiqat Mərkəzinin laboratoriya müdiri Vladimir Quşin bildirib.
Quşin qeyd edib ki, paytaxtda müraciət edən 3 nəfər xəstədə SARS CoV-2 koronavirusunun genetik variantı olan "Arktur" adlanan virus aşkarlanıb.