Azərbaycanda: 24 yoluxan, 2 ölən...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 480 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 363 nəfərdir.
Ölkədə son sutka ərzində 319, hazırkı dövrədək isə 7 581 147 test aparılıb.