Zəhər kimi dondurmalar! - Yanvarda istehsal edib, lakin aprel..."

Son vaxtlar havaların isti keçməsi ilə əlaqədar olaraq dondurma satışının artdığı müşahidə olunur. Lakin hazırda bazardakı dondurmaların yeni istehsal olduğu şübhə doğurur. 

Hətta istehlakçılar bəzi mağazaların ötənilki dondurmaların istehsal tarixini dəyişdiyini və yeni məhsul kimi bazaraladığını iddia edirlər. Beləliklə, biz bilmədən ötən ildən qalma dondurmlar ala bilərik.

Bəs belə neqativ halların qarşısını necə almaq olar?

Məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, normal dondurma müəssisələri qış aylarında ayrı bir rejimə keçirlər. Onun sözlərinə görə, ancaq bəzi kafe və restoranların tələbatına uyğun olaraq  açıq dondurmalar istehsal edirlər:

“Böyük müəssisələr  tələbat olunan xarici ölkələrə dondurma istehsalına keçirlər. Ümummiyyətlə, normal standarta uyğun fəaliyyət göstərən müəssisələr qış aylarında işçilərini məzuniyyətə buraxır. İşçilərin məzuniyyətə buraxılıb-buraxılmaması ilə bağlı bu məsələni araşdırmaq olar. Məsələn kimlər yanvar ayında dondurma buraxıb, üzərinə aprel ayında istehsal olunub yazır. 

Bu, əlbəttə, yolverilməzdir. Ümumiyyətlə dondurmalar qış aylarında -18 dərəcədən aşağı temperaturda saxlanılır. Bunun heç bir qorxusu yoxdur. Lakin yanvar ayında istehsal olunmuş və üzərinə aprel yazılmış dondurmanın satışa çıxarılması düzgün deyil. Dövlət orqanları və Qida Təhlükəsizlik Agenti belə məsələləri ifşa edə bilər. 

Onlar böyük məbləğdə cərimə olunmalıdırlar. Normal dondurma istehsalçıları yalnız qış aylarında, tələbata uyğun olaraq açıq dondurma istehsal edirlər. Ancaq ölkədə 20- dən çox müxtəlif cür dondurma istehsalçısı var. İstisna olunmur ki, bəzi dondurma istehsalçıları belə etsinlər. İstehsal tarixini nece diyərlər sonrakı aylar yazıb  dondurub saxlayıb satışa çıxarsınlar. Bu qanuna ziddir. Belə dondurmalar arzuolunmaz hesab edilir”. 

Şərqiyyə Nəbi