“Çexiya bizim haqlı mövqeyimizi müdafiə edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Görüşü şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a söyləyib ki, bu gün Çexiya Avropanın ən inkişaf etmiş və mütərəqqi dəyərləri ilə tanınan dövlətidir. Dövlətin banisi dünya fikir tarixinə ən ideal siyasi xadim kimi düşüb:

“Çexiya Avropa Birliyi və NATO üzvü kimi tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycanla Çexiya arasındakı münasibətlər uzun illərdir ki, rəvan inkişaf edir. 

Bu günkü görüş də münasibətlərin inkişafında böyük rol oynayır. Çexiya bir çox məsələlərdə bizim haqlı mövqeyimizi müdafiə edir. Azərbaycanda demkoratik dəyərlərin inkişafında bu dövlətin mühüm yeri var. 

Dediyim kimi, Çexiya müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AŞPA-a bizm mövqeyimizi daim qorumaqla bərabər, həm də anti- Azərbaycan təbliğatın əleyhinə çıxır. Aramızda, eyni zamanda iqtisadi- ticari əlaqələri də var. Çexiyadan bizə sərmayə gəlir. Burada həmin ölkənin istehsal müəssisələri fəliyyət göstərir. 

Bir sözlə, əlaqələrimiz möhkəm təmələ söykənir və münasibətlərimizin daha üst səviyyəyə qalxmasına ümid var”.

Kənan Novruzov