Bakıda əməkhaqları ARTIB

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-noyabr aylarının ilkin məlumatlarına əsasən paytaxtda işçilərin orta aylıq nominal əməkhaqqı 938,4 manat olub. Bu isə əvvəlki ilə nisbətən 1,5 faiz çoxdur.