Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşdü - FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb.

Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.

“Macarıstanın xarici işlər və ticarət naziri cənab Szijjártó Péter ilə iqtisadi əlaqələrimizin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.