Oliver Varhelyi: “Cənub Qaz Dəhlizi Aİ üçün mühümdür”


“Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir”.

Bunu Avropa İttifaqının (Aİ) enerji komisarı Oliver Varhelyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Komissar qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq eməkdə maraqlıdır:

“Biz nəinki Aİ ölkələri, eləcə də Balkan ölkələri üçün qaz tədarükü arzusundayıq”, - Aİ rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı və enerji daşıyıcıları təchizatçısı olaraq dəyərləndirib.