ABBA yenidən dağılır

İsveçin əfsanəvi pop qrupu ABBA səhnə fəaliyyətini dayandırır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qrup noyabrın 5-də “Voyage” adlı albomunu təqdim etdikdən sonra yaradıcılığa son verəcək.

ABBA-nın 74 yaşlı üzvü Benni Anderson müsahibəsində qeyd edib ki, bu, gec-tez olmalı idi:

"ABBA 1982-ci ildə ilk dəfə dağılanda qrupun sonu olduğuna inanmırdım. Amma indi dəqiq deyə bilərəm ki, bu, sondur".

Qeyd edək ki, ABBA 1972-ci ildə yaradılıb. 1974-cü ildə “Waterloo” adlı mahnıları “Avroviziya” müsabiqəsində birinci yeri tutduqdan sonra qrup daha da məşhurlaşmağa başlayıb. ABBA karyeraları müddətində səkkiz studiya albomu buraxıb. Dünya üzrə isə qrupun 350 milyon albomu satılıb. ABBA bu ilin avqustunda 40 ildən sonra geri qayıtdığını elan etmişdi.