Bakıda Beynəlxalq Nizami Gəncəvi Forumu keçiriləcək

Noyabrın 24-26-da Bakıda Nizami həftəsi çərçivəsində Beynəlxalq Nizami Gəncəvi Forumu keçiriləcək.
“Report”un xəbərinə görə, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi həftəsi çərçivəsində baş tutacaq.

Mövzüsü “Nizami Gəncəvi mədəniyyətlərarası körpü” olan tədbirdə xarici qonaqların iştirakı nəzərdə tutulub.