Həbsxanaya narkotik keçirmək istəyən pişik saxlanıldı

Tatarıstanın paytaxtı Kazan şəhərində həbsxanaya narkotik keçirmək istəyən pişik saxlanılıb.

Lent.az -ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, pişik 10 saylı koloniyanın ərazisində həbs edilib.

O, yaxasında həşişlə həbsxanaya daxil olmaq istəyərkən həbsxana işçiləri yaxalayıblar.