Dünyanın ən varlı adamı bir sutkada 7 milyard dollar ziyana düşdü

Dünyanın ən varlı adamı sayılan “Amazon”un rəhbəri Ceff Bezos bir sutkada bir neçə milyard dollar ziyana düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu oktyabrın 24-də, şirkət 2019-cu ilin üçüncü rübünün gəlirləri barədə hesabat verəndə baş verib.

Nəticə investorları məyus edib. Hesablamalara görə, Bezosun itkisi təxminən 7 milyard dollar olub.

Buna qədər Bezosun varidatı 111 milyard dollar dəyərləndirilirdi.

“Amazon”un yaradıcısı “Forbes”in versiyasına görə planetin varlı biznesmenlərinin reytinqinə rəhbərlik edir.
Bezos 2019-cu ildə arvadından boşanıb, buna görə 35 milyard dollar ödəyib. Ancaq bundan sonra da planetin ən imkanlı adamı kimi qalıb.