İsgəndəriyyədə yunan-Roma dövrünə aid nadir maddi mədəniyyət nümunələri tapılıb


Santo-Dominqo Universitetinin arxeoloji ekspedisiyası və misirli arxeoloqlar İsgəndəriyyə şəhərinin qərbində yerləşən Taposiris Maqna məbədində qayalarda qazılmış məzarlarda yunan-Roma dövrünə aid mumiyalar və heykəllərin parçalarını aşkar ediblər.

 Bu barədə jurnalistlərə ekspedisiyanın rəhbəri Ketlin Martines məlumat verib. O qeyd edib ki, həmin dövrdə mumiyalanan meyitlərin ağzına qoyulan qızıl sikkələr də tapılıb. Mumiyaların başında kobra təsviri, sinəsində isə qartal başı olan boyunbağı təsviri var.

İsgəndəriyyə Arxeologiya İnstitutunun baş direktoru Xalid Əbu əl-Əhməd əlavə edib ki, ötən il arxeoloji missiya bu ərazidə xeyli qiymətli əşyalar tapıb. Onların arasında qadın dəfn maskası, səkkiz ədəd qızıl sancaq, qızıl əklil və yunan dövrünə aid səkkiz ədəd mərmər maska aşkar edilib. Həmçinin məbəddə çariça VII Kleopatranın təsviri ola qızıl sikkələr, heykəl parçaları da tapılıb. (azərtac)

Firon IV Ptolomey tərəfindən inşa edilmiş Taposiris Maqna məbədində arxeoloji tədqiqatlar davam edir.