Dünyanın ən uzun boylu qadınından 3 YENİ REKORD 

Dünyanın ən uzun boylu qadını olan Rümeysa Gelgi daha 3 yeni rekorda imza atıb.
“Shreg.az” NTV-yə istinadən xəbər verir ki, R.Gelgi ilin  əvv əlində 3 yeni tittul üçün müraciət etdiyini bildirib. O, artıq dünyanın ən uzun kürəyi, ən uzun barmaqları və ən böyük əllərinə sahib olan qadını olduğunu qeyd edib.

Qeyri-adi fiziki fərqlərlə doğulduğunu bildirən Gelgi bunları deyib:
"Mümkün qədər tanınmaq və qeyd olunmaq istədim. Ümid edirəm ki, bu, görünən fərqləri olan hər bir insana özlərini olduğu kimi qəbul etməyə ilham verəcək.

 Əslində, onlar özlərini olduğu kimi qəbul etdikdə, dünya onları qəbul edir, hətta b u qeyri-adi xüsusiyyətlərə görə mükafatlandırır."

Sağ əlinin 24,93 santimetr, sağ orta barmağının 11,2 santimetr, kürəyinin isə 59,9 santimetr olduğunu bildirən Gelgi, ümumilikdə 5 dəfə dünya rekordçusu olduğunu bildirib:

“Bu, böyük qürur və şərəfdir. Mən bilmirəm, bədən fərqləri kateqoriyasında dünyada bu qədər titulla başqa bir rekordçu varmı. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İstanbulda keçirilən universitet tədbirində məruzəçi kimi iştirak etmişəm. Bu yaxınlarda Almaniyada Erasmus tələbələrinin tədbirinə dəvət almışam. Hekayəmi yeni insanlarla paylaşma şansı qazandım. Getdikcə, çox xoşbəxt və motivasiyalı oluram. Hekayəmi dinləyənlərə ümid verirəm. İnsanlara kiçik bir töhfəm də olur."