"İnsult keçirmək təhlükəsi yaşadım" - Xuraman Şuşalı

"İki gün təzyiqim oynadı. Uzandıqda 85, başımı qaldırdıqda isə 135 olurdu. Beyin insultu keçirmək təhlükəsi yaşadım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbər-ətər" proqramında deyib. Sənətçi koronavirusa yoluxduqdan sonra səhhətində problem yaşadığını bildirib: 

"Bu günə qədər çox işləmişəm, əziyyətli həyatım olub. Baxdım ki, heç nəyin olmasın, amma sağlam olasan. Nəyin varsa, onlar sənə yük kimi görünür. Hətta övlad haqda da deyirsən ki, Allah ona yol açacaq, öz həyatını quracaq. Allah, mənə də sağlamlıq ver. İki gün yataq xəstəsi oldum. Dedim, dünyamı dəyişib cənnətə düşəcəyəmsə, məni belə saxlama. Amma ondan əvvəl nəfəsim gedib-gəlsin, övladlarıma nəzarət edim deyirdim. Belə halda onlara yük olmaq istəmirdim. Heç yoldaşım da qoymurdu ki, onlar məni o halda görsünlər. İki gün xəstə oldum, 3-cü gün isə məclis idarə etdim. Həkim demişdi ki, düzələcəksən. Bu koronavirusdan qalan fəsad idi".