ÜST: “Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət sona çatdı”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyilə bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib.
O, cümə axşamı Cenevrədəki brifinqdə çıxışı zamanı bu qərarı qlobal fövqəladə vəziyyətin elan edildiyi 2022-ci ilin iyul ayı ilə müqayisədə yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirib.
“Dünən meymunçiçəyi üzrə fövqəladə komitə mənə tövsiyə etdi ki, bir çox ölkədə müşahidə olunan epidemiya artıq beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil. Mən bu tövsiyə ilə razılaşdım və şadam ki, meymunçiçəyi artıq qlobal sağlamlıq üçün fövqəladə hal deyil”, - ÜST rəhbəri deyib.
O, vurğulayıb ki, son üç ayda əvvəlki üç aya nisbətən, demək olar ki, 90% az yoluxma halı qeydə alınıb.
Mənbə: TASS