Son bir ayda COVID-19-a yoluxma halları artıb - ÜST

İyulun 31-dən avqustun 27-dək qlobal miqyasda 1.412.250 nəfər COVID-19-a yoluxub və yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 38% artıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) məlumat yayıb .


Qeyd olunur ki, Şərqi Aralıq dənizində 113%, Qərbi Sakit okean regionunda 52%, Avropada isə 39% xəstələnmə qeydə alınıb.


ÜST-nin məlumatına görə, dörd həftə ərzində ən çox yoluxma Cənubi Koreya , İtaliya , Böyük Britaniya , Avstraliya və Sinqapurda qeydə alınıb.


Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, 2023-cü il iyulun 24-dən avqustun 20-dək dünyada təxminən 1,5 milyon yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. Təşkilat hazırda qeydə alınan halların yoluxma səviyyəsini dəqiq əks etdirmədiyini vurğulayıb.