Qaraciyəri bərpa edən 3 ADİ MƏHSUL

Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə piyin toplanmasına və iltihaba səbəb olur.

Qaraciyərin piylənməsi çox təhlükəli haldır ki, onun fonunda müxtəlif qaraciyər xəstəlikləri və o cümlədən sirroz, qaraciyər xərçəngi inkişaf edə bilər.


Qaraciyərin sağlamlığını qorumaq üçün qidalanmaya bu orqanda detoksikasiya və bərpa proseslərini  stimullaşdıran məhsulları əlavə etmək lazımdır.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, rusiyalı diyetoloq İrina Toropıqina belə məhsulların adlarını açıqlayıb.  

Balqabaq tumları qaraciyərin ziyanlı maddələrdən daha tez təmizlənməsinə yardım edir və həmçinin yaxşı ödqovucu təsirə malikdir. Diyetoloq hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edir.
Qaraciyər üçün digər faydalı məhsul ərik qurusudur. Ərik qurusu da qaraciyərin sağlamlığına çox müsbət təsir edir, detoksikasiya proseslərini stimullaşdırır. Həkim hər gün 4-5 ərik qurusunu yeməyi tövsiyə edir.
Zeytun yağı güclü iltihabəleyhinə təsirə malik olan omeqa-3 yağlı turşularla zəngindir. Zeytun yağı əlavə olunmuş tərəvəz salatları qaraciyər üçün ən faydalı qidalardan biridir. Belə salatlar hər gün qidalanmanızda olmalıdır.