SABAH qruplarına qəbul imtahanının nəticələri elan olunub

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibə ilə bağlı parlament komissiyasının sabah keçiriləcək iclasında ölkə müxalifəti olmayacaq.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Müxalifətin fikrincə, parlament çoxluğunun iştirakı ilə yaradılmış komissiya öz hökumətinin əməllərini düzgün araşdıra bilməz.

Xatırladaq ki, müxalifət fraksiyalar bir müddət öncə parlamentdən kənar komissiyanın yaradılmasını təklif etsə də, hakimiyyət bunu rədd etmişdi.