
Şagirdi tədris prosesindən 10-15 gün uzaq saxlamaq doğru deyil -EKSPERT
12:21 12.05.2025
Elm və Təhsil
467
Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
"Təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı yayılan görüntülər bir neçə gün bundan əvvəl lentə alınıb. Şagird hazırda dərslərdə iştirak edir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, mediada sözügedən məktəb şagirdinin direktor tərəfindən bir həftə ərzində dərsə buraxılmadığını əks etdirən görüntülər yayılıb.
Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb rəhbərliyinin şagirdi dərsə buraxmamaq kimi bir ixtiyarı yoxdur:

“Yalnız həqiqətən də şagirdin dərsi pozduğu və təhsil müəssisəsinə ziyan verdiyi halda buraxmaya bilər. bu zaman da həmin şagirdin islahıyla bağlı təhsil müəssisələri var. Amma şagirdi hansısa məsələyə görə 10-15 gün tədris prosesindən kənarda saxlamaq doğru yanaşma deyil. Bu qərar yalnız Ümumi Pedaqoji Şuranın iclasında qəbul oluna bilər. Yəni şagirdə intizam xarakterli hər hansısa cəza verilməlidirsə, o zaman valideyn dəvət olunmalı və profilaktik söhbət aparılmalıdır. Yalnız ondan sonra şagirdin dərsə buraxılıb buraxılmayacağına dair qərar qəbul olunmalıdır. Bir, iki gün dərsə buraxılmamaq cəza üsuludur. Lakin şagirdi tədris prosesindən 10-15 gün uzaq saxlamaq doğru deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya