İqtisadiyyatımız yeni-yeni canlanır

Azərbaycanda indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil

“Son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur. Bütövlükdə dünyada 3 milyondan çox insanda virus aşkarlanıb”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədə olsa da, bir sıra dövlətlər karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər: “Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar.

Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. “Omikron” virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. 

Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur. 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur”.