Kral ailəsinin “Atalar günü” 

 Böyük Britaniya krallığı “Atalar günü”ylə bağlı  maraqlı fotolar paylaşıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, paylaşımlarda həm hazırkı kral Çarlzın öz atasıyla, həm də övladlarıyla birgə bir zamanlar çəkdirdiyi fotolar, həm də şahzadə Uilyamın 3 övladı ilə fotoları yer alıb. 
Şahzadə övladlarıyla kamera qarşısına keçərək obyektivə gülümsəyib. Bundan əvvəl kral ailəsi üzvləri kral Çarlzın tacqopma mərasimində bir araya gəlib. Kral ailəsi “Atalar günü”nü görməzdən gölməyib və mehriban ailə ortamında çəkilmiş fotoları İngiltərə ictimaiyyətiylə paylaşıb. Şahzadə Uilyam da övladları şahzadələr - George,  Charlotte və Louis ilə birlikdə fotolar çəkdirib. Kral ailəsinin rəsmi sosial media hesabında Kral Çarlzın atası şahzadə Filip ilə, kraliça Camillanın da atası Bruce Shandla fotolarının paylaşılması böyük maraqla qarşılanıb.