3 min illik qılınc tapıldı


Tunc dövrünə aid qılınc bürüncdəndir və parlaqlığını hələ də itirməyib

  Almaniyanın Bavyera əyalətində arxeoloqlar Donau-Ries bölgəsində apardıqları  qazıntılar zamanı tunc dövrünə aid, 3 min il yaşı olduğu təxmin edilən qılınc aşkarlayıb. Qılıncın çox yaxşı vəziyyətdə qalması arxeoloqları heyrətləndirib. 
“Sherg.az” “”NTV.com.tr”yə istinadən xəbər verir ki, bu tapıntı barədə Bavyera Əyalət Tarixi Qoruma Dairəsi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, arxeoloqlar Nördlingen şəhəri ətrafında apardıqları qazıntılar zamanı bu nadir tapıntıya imza atılb. Tunc dövrünə aid qılınc bürüncdəndir və parlaqlığını hələ də itirməyib. Qılıncın qəbzəsi səkkizguşəlidir və miladdan öncə 14-cü yüzilliyə aid edilir. Arxeoloqlar bu qılıncı bir kişi, bir qadın və gəncin sıra ilə dəfn edildiyi və onlarla yanaşı daha bir neçə əşyanın da basdırıldığı məzardan tapıblar. Eyni məzara dəfn edilmiş cəsədlərin bir ailəyə mənsub olub-olmadığı hələ dəqiqləşməyib. Baxmayaraq ki, qılıncın üzərində zərbə izlərinə rast gəlinmir, arxeoloqlar ondan  həqiqi silah kimi istifadə edildiyinə əmindirlər. Bavyera Sənət Əsərlərinin Qorunması üzrə məsul şəxs professor  Maçias Pfeil bildirib ki, arxeoloqların bu tapıntısı böyük uğurdur. Professor bildirib ki, “belə tapıntılara nadir hallarda rast gəlinir. Necə olub ki, qılınc parlaqlığını hələ də itirməyib? Bu barədə ciddi araşdırma aparmaq lazımdır”, deyib.