Sosioloq: Müasir dünyanın insanlığa zidd çarxı əhali artımının qəsdinə durur

Rusiya Dövlət Duması plenar iclasında şüurlu şəkildə uşaq sahibi olmaqdan imtina etmənin təbliğatına ("childfree" hərəkatı) görə inzibati cəzaların tətbiq edilməsi haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
Oxu.az xəbər verir ki, bu barədə TASS-a istinadən məlumat yayıb.
Qanun layihəsi qeyri-ənənəvi cinsi münasibətlərin və cinsiyyətin dəyişdirilməsinin təbliğatına görə cəzaların analoqu olaraq Dövlət Dumasına təqdim edilib.
Sənədə əsasən vətəndaşlara 100 min rubla (1.7 min manat) qədər, vəzifəli şəxslərə 200 min rubla (3.5 min manat) qədər, hüquqi şəxslərə isə 1 milyon rubla (17.4 min manat) qədər cərimə və ya 90 günədək inzibati fəaliyyətin dayandırılması cəzası nəzərdə tutulur.
Əgər təbliğat yetkinlik yaşına çatmayanlarla bağlı aparılırsa, cərimələrin həddi iki dəfə artırılır. KİV-də və ya internetdə belə fikirlərin təbliği üçün vətəndaşlara 200 min rubla qədər, vəzifəli şəxslərə 400 min rubla (6.9 min manat) qədər, hüquqi şəxslərə isə 4 milyon rubla (69.6 min manat) qədər cərimə nəzərdə tutulur.
"Childfree" təbliğatına görə maksimum cərimə 5 milyon rubl (86.9 min manat) təşkil edəcək.
Bu, yetkinlik yaşına çatmayanlar arasında internet və ya KİV-dən istifadə etməklə uşaqsızlığı təbliğ edən hüquqi şəxslərə şamil olunacaq. Bu halda vətəndaşlara 400 min rubla qədər, vəzifəli şəxslərə isə 800 min rubla (13.9 min manat) qədər cərimə nəzərdə tutulur.
Mövcud sanksiyalar xarici vətəndaşlara da şamil ediləcək. Belə hərəkətlərə görə onlara 100 min rubla qədər cərimə və ya Rusiya ərazisindən inzibati çıxarılma, yaxud 15 günədək həbs və Rusiyadan çıxarılma cəzası nəzərdə tutulur. Söhbət yetkinlik yaşına çatmayanlar arasında və ya internetdən və KİV-dən istifadə etməklə təbliğatdan gedirsə, cərimə 200 min rubla qədər təşkil edəcək. Bu halda da deportasiya nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanlar arasında təbliğat eyni zamanda internet vasitəsilə aparılarsa, xarici vətəndaşa ölkədən çıxarılma ilə yanaşı, 400 min rubla qədər cərimə nəzərdə tutulur.

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, Rusiya Dövlət Dumasının plenar iclasında şüurlu şəkildə uşaq sahibi olmaqdan imtina etmənin təbliğatına görə inzibati cəzaların tətbiq edilməsi haqqında qanun layihəsinin qəbul edilməsi və qanun layihəsinin qeyri-ənənəvi cinsi münasibətlərin, cinsiyyətin dəyişdirilməsinin təbliğatı üçün cəzaların analoqu olaraq Dövlət Dumasına təqdim edilməsi həqiqətən də təqdirəlayiq haldır:

"Bildiyimiz kimi, bu gün bir çox dünya ölkələri adıçəkilən problemlərlə üzləşir. Bunun əsasını isə minlərlə uşaq ölümünü, yarımçıq doğuşları, anormal uşaqların dünyaya gəlməsini özündə birləşdirən erkən nikahlar təşkil edir. Müasir dünyanın insanlığa zidd çarxı əhali artımının sağlam olması qəsdinə durur. Sosial şəbəkələrin və sosial medianın hər kəs üçün əlçatanlığı bu cür ünsürlərin geniş təbliğat aparmasına yol açır. Bu da təbii ki, bəşəriyyətin gələcəyi üçün zərərlidir. Odur ki, bu cür təbliğatların aparılması və buna sövqetmə ilə məşğul olanların cərimələnməsi, əlbəttə, insan amilinə dəyər verən bütün cəmiyyətlər tərəfindən müsbət qarşılanmalıdır".

Ekspertin söyləyib ki, erkən nikahların qarşısının alınması barədə bu il ölkəmizdə Milli Məclis tərəfindən qanun lahiyəsinin qəbul edilməsi məhz, elə  bu məsələnin özəyini təşkil edir:
"Nikah erkən deyil, öz vaxtında baş tutmas; ailənin uşağın doğulması və böyüməsi üçün  həm psixoloji, həm maddi, həm də emosianal baxımdan hazır olması deməkdir. Deməli, erkən nikahlarn ləğvi ilə ölkəmiz bu məsələyə Rusiyadan əvvəl münasibət göstərib. Digər tərəfdən, bu gün dünyanını bəzi ölkələrinin adi hal kimi baxdığı qeyri-ənənəvi cinsi münasibətlər və cinsiyyətin dəyişdirilməsi halları bəşərəriyyətə, yaranışa, Tanrıya qarşı sayqısızlıq, əks çağırışdır.  Düşünürəm ki, hər iki məsələ ilə bağlı cərimələrin tətbiqi alqışalayiqdir. Və bu cərimələr ən yüksək məbləğdə olmalıdır. Qanun layihəsi sayəsində qonşu və digər dövlətlər də bu məsələni nəzərdən keçirə və bu sahədə qanunları möhkəmləndirə bilər".