Hesablama Palatasının fəaliyyəti haqqında hesabat Milli Məclisə göndərilib

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı” müzakirə olunub, hesabatın təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.