Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Fəxri xiyabanı ziyarət edib

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“Report” xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əkil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.