Bıçaqla kəsilən çiyələklər!- “30-dan çox kimyəvi maddə vurulur” – Zəhər saçır!

“Çiyələklər istənilən mövsümdə sənaye üsulü ilə hazırlandığı üçün arzuolunan deyil”. 
Bu barədə “Sherg.az”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O qeyd edib ki, çiyələk plantasiyasında 30-dan çox kimyəvi dərmanın çiyələk yetişdirilməsində istifadə edildiyinin şahidi olub:
“Necə deyərlər bıçaqla kəsilən çiyələklər, çox saylı dərmanların köməyi ilə əmələ gəlir. İldən-ilə çiyələklərdə nitriklərin və pestisidlərin sayı azaldılır. Çünki AQTA buna ciddi nəzarət edir. Eləcə də xarici bazara çıxarmaq üçün bu maddələrdən az vurulur. Lakin bununla belə çoxsaylı dərmanlardan istifadə edildiyi danılmazdır”.
E.Hüseynov sonda onu da qeyd edib ki, hazırda bazarda olan çiyələklərdən çox az sayda istifadə etdilməsini məsləhət görür.

Şərqiyyə NƏBİ