TƏBİB rəsmisi:“Vaksin vaxtında vurulmalıdır”

“Uşaqlar yuxarı yaşda vaksin vurulanda xəstəliyi ağır keçirirlər”.
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Həkimin sözlərinə görə, vaksindən öncə müayinələr edilməlidir:
“Vaksin vaxtında vurulmalıdır. Vaksin xəstəlikdən qorunmağın ən doğru yoludur. TƏBİB-in tabeliyində olan bütün yerlərdə uşaqlar üçün peyvənd otaqları var. Vaksinlərin saxlanılması və tətbiqi üçün şərait yaradılıb. Mütəmadi olaraq yoxlanılır”.