Saakaşvili ölümdən döndü – FOTO

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki “Vivamed” tibb mərkəzində olarkən huşunu itirib.
O, yerə yıxılarkən başı dəmir masaya dəyib.
Bu barədə siyasətçi mayın 3-də özünün “Facebook” səhifəsində məlumat verib.
Saakaşvili möcüzəvi şəkildə ölümdən döndüyünü qeyd edib.
O, vaxtında köməyə görə həkimlərə təşəkkür edib. Eks-prezident bildirib ki, aprelin 29-dan bəri üçüncü dəfədir huşunu itirir. Onun qanında kaliumun səviyyəsi aşağı düşüb və həkimlər lazımi tibbi yardım göstərirlər.